2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 14 milyon 675 min dollar dəyərində 11 min 849 ton "xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Aktual.az xəbər verir ki, "APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 51% və ya 12 min 370 ton azalıb. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 38 milyon 131 min dollar dəyərində 24 min 219 ton "xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana Malaziyadan 5 min 937 ton, İndoneziyadan isə 5 min 911 ton palma yağı idxal edilib.
Xəbər 363 dəfə oxunub.