Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Bunun müsbət nəticələnməsi istiqamətində ssenarimizi hazırlamalıyıq.
Aktual.az xəbər verir ki, bunu ölkə mediasına açıqlamasında Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
"Hazırkı fəaliyyətlər də bu istiqamətdədir. Əgər danışıqlar tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik. Beləliklə, biz Ermənistanla sərhəd qapımızı aça bilərik”, - XİN başçısı bildirib.
Xəbər 482 dəfə oxunub.