Türkiyəni terror təşkilatları ilə diz çökdürməyə çalışırlar.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Keçiörən" metro stansiyasının açılışında çıxışı zamanı deyib.
R.T.Ərdoğan bildirib ki, bu gün Türkiyə 7 dövlətə qarşı dayanıb:
"Kişi kimi qarşımıza çıxa bilməyənlər terror təşkilatları ilə bizi arxadan bıçaqlamağa çalışırlar. Məlum oldu ki, bunların dərdi bölgəni İŞİD-dən təmizləmək deyil. İŞİD, PKK, YPG, FETÖ, DHKP-C - bunların bir-birindən heç bir fərqi yoxdur".
Aktual.az
Xəbər 515 dəfə oxunub.