Bu gün Ermənistanda kütləvi istefalar olacaq

Bu gün Ermənistanda kütləvi istefalar olacaq
  • DÜNYA

Bu gün Ermənistanda qubernatorlar arasında kütləvi istefaların olacağı gözlənilir.

Aktual.az  azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti xəbər yayıb. 

Nəşrin məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri bu gün prezident iqamətgahına dəvət olunub. Danışıqların mövzusu daha əvvəl siyasi dairələrdə müzakirə olunan qubernatorlardan bəzilərinin istefası olacaq.

"İstefaya göndəriləcək qubernatorlar arasında Ararat vilayətinin rəhbəri Rubik Abramyan, Armavir vilayətinin rəhbəri Aşot Kaqramyan, Lori vilayətinin rəhbəri Artur Nalbandyanın da adı var", - deyə xəbərdə bildirilir. 

Ararat vilayətinin rəhbəri Rubik Abramyanın istefaya göndəriləcəyi birmənalıdır. Onun yerinə sabiq ətraf mühitin qorunması naziri Aramis Qriqoryanın təyin olunacağı gözlənilir.

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR