Bu aydan Neftçala Avtomobil Zavodunun avtomobilləri satışa çıxarılacaq

Bu aydan Neftçala Avtomobil Zavodunun avtomobilləri satışa çıxarılacaq

Neftçala Avtomobil Zavodunda aşağı sinif avtomobillərin istehsalı planlaşdırılır.

"Report” xəbər verir ki, "Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.
E.Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 14 min manat olacaq:
"Biz həm də yan sənayeni inkişaf etdirmək niyyətindəyik. Bu isə avtomobillərin qiymətlərinin 10-12% ucuzlaşmasına səbəb olacaq. İyunun 20-dən etibarən avtomobillərin ehtiyat hissələrinin satışına başlanacaq. İyunun 11-dən etibarən isə Badamdar, Babək və Ziya Bünyadov prospektlərində yerləşən satış mərkəzlərində avtomobillərin satışı başlanılacaq”.
Onun sözlərinə görə, ilkin olaraq 100 ədəd "Xəzər” avtomobili satışa çıxarılacaq. E.Axundov qeyd edib ki, ayda 160 ədəd avtomobil istehsalı planlaşdırılır.
Qeyd edək ki, Neftçala Avtomobil Zavadonda "Xəzər SD” və "Xəzər LD” markalı avtomobilləri istehsal olunur.Zavodun illik istehsal gücü 10 min avtomobildir.
 
Aktual.az
Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR