BTC ilə 5,8 milyon ton neft nəql edildi

BTC ilə 5,8 milyon ton neft nəql edildi

Nəql etmənin 80%-i bu neft kəmərinin payına düşüb.

Bu ilin yanvar-fevral ayları ərzində magistral neft kəmərləri ilə 7 milyon 251,7 min ton neft nəql edilib.

Aktual.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu il üçün hazırladığı statistik məlumatda qeyd edilib. 

“Nəqletmənin 80%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5 milyon 800,9 min ton neft ötürülüb”, - deyə DSK-dan qeyd edilib. 

Komitədən bildirilib ki, dövr ərzində BTC kəməri ilə 0,8 min ton tranzit nefti də nəql edilib.

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR