Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL

Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL

Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq Ş.Mişel mətbuata bəyanat verib. Bu bəyanat Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu görüşün nəticələrini sülh müqaviləsinin imzalanması və sülh prosesinin bərqərar olması üçün növbəti bir uğur kimi dəyərləndirmək olar.

"5 saata qədər davam edən görüş Azərbaycanın beynəlxalıq normalara, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktına uyğun olan 5 prinsip əsasında baş tutub. Bu görüşün digər bir vacib məqamı ondan ibarətdir ki, danışıqlar Azərbaycanın milli maraqlarına uyğun olan formtda keçirilib. Görüş zaman "Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükısizliyinə təminat verəcəyini bəyan edib.

Azərbaycan tərəfi hər zaman bildirb ki, ölkədə yaşayan ermənilərin də Azərbaycanda yaşayan digər azsaylı xalqlar kimi hüquqları qorunur, dövlət tərəfindən onların təhlükəsizilinə zəmanət verilir”, - deyə deputat bildirib.

O qeyd edib ki, görüş zaman Azərbaycan üçün ən əhəmiyyətli məsələlərdən biri sərhədlərin delimitasiyası idi ki, bu məsələ bir daha görüş zamanı vurğulandı.

"Bildiyiniz kimi, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ən vacib məsələlərdən biri ərazilərin minalardan təmizlənməsidir. Təəssüflər olsun ki, Ermənistan tərəfinin verdiyi xəritələr səmərəli olmadı.

Eyni zamanda, görüşdə itkin düşmüş şəxslərin taleyi müzakirə olunub. Məlumdur ki, birinci Qarabağ müharibəsində Azərbaycanın 4 minə qədər itkin düşmüş vətəndaşı var və onların taleyi Azərbaycan üçün çox önəmlidir.

Eyni zamanda, görüşdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib. Azərbaycanın irəli sürdüyü əsas prinsiplər görüşün əsas müzakirə mövzusu olub. Bu baxımdan, qeyd olunan məsələlərin Brüssel görüşündə müzakirəsi Azərbayanın milli maraqlarına tam uyğundur.

Bu görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti siyasi-diplomatik uğuru oldu. Eyni zamanda, görüş bölgədə sülhün bərqərar olması və təhlükəsizliyin təmin edilməsi üçün səmərəli olub”, - deyə S.Hüseynova əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, Brüsseldə keçirilən növbəti üçtərəfli görüş öz müsbət nəticələri ilə yadda qaldı.

"Həmin görüşdə Azərbaycan tərəfinin maraqları yenə də ciddi şəkildə nəzərə alındı və irəliyə doğru addımlar atıldı. Görüşün 5 saat davam etməsinin özü də fikir mübadiləsinin və müzakirələrin genişmiqyaslı olmasından xəbər verir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, danışıqlar boyunca bir dəfə də olsun "Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. İkinci önəmli məqam status məsələsinin ümumiyyətlə olmamasıdır. Nəhayət, digər mövzu kimi Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyinə təminat verəcəyini bildirib.

Bu görüşdə sülh müqaviləsi ilə də bağlı ciddi müzakirələr gedib. Eyni zamanda, kommunikasiya xətlərinin açılması istiqamətində işlərin davam etdirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər bu kimi məsələlərlə də bağlı geniş fikir mübadiləsi aparılıb.

Önəmli nəticələrdən biri də Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi ilə bağlı razılığın əldə olunmasıdır. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq.

Görüşlərin növbəti aylarda davam etdirilməsi ilə bağlı razılıq da yaxın gələcəkdə ən yaxşı nəticələrin əldə olunacağına işarədir.

Xüsusilə, qeyd etmək lazımdır ki, möhtərəm cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik və məqsədyönlü siyasət növbəti Brüssel görüşündə də Azərbaycana ciddi uğurlar qazandırdı”, - deyə deputat əlavə edib.

Deputat Azər Badamov isə Trend-ə açıqlamasında deyib ki, görüş zamanı nəzərəçarpan məqmlardan birincisi Qarabağda yaşayan ermənilərin statusu məsələsinin ümumilikdə adının çəkilməməsidir.

"Bu, o deməkdir ki, 44 günlük Vətən müharibəsində cəhənnəmə göndərdiyimiz status məsələsi bir daha gündəmə gəlməyəcək və heç vaxt müzakirə predmeti olmayacaqdır. Dövlət başçıları Qarabağda yaşayan erməni əhalinin hüquqları barədə danışıb və Azərbaycan özü bu məsələni həmişə deyib və onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib”, - deyə deputat bildirib.

O qeyd edib ki, müzakirə olunan digər bir məsələ işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin taleyi ilə bağlıdır. "İkinci Qarabağ müharibəsinin bitməsindən keçən dövür ərzində 200 dən çox vətəndaşımız minalara düşərək ciddi xəsarətlər alıb və həlak olub. Beynəlxalq normalara görə postmüharibə dövründə məğlub tərəf qalib tərəfə minalanmış ərazilərin xəritələrini təqdim etməlidir ki, münaqişəsiz dövürdə dinc əhali xəsarət almasın.

Görüşdə Azərbaycanla Ermənistanın sərhəddində Sərhəd Komisiyaların bigə iclasların keçirilməsi, delimitasiya və demarkasiya prosesini təşkil etmə məsələlərini müzakirə etmək, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşdırılması, dövlət sərhədlərinin keçidini və tranzit daşımaları beynəlxalq normalar çərçivəsində təşkil edilməsi, iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işininin davam etdirilməsi və yekun sülh müqaviləsinin imzalanması məsələləri müzakirə olunub.

Nəticə olaraq qeyd etmək istəyirəm ki, Ermənistanın rəhbərliyi yaratdığımız yeni reallığı qəbul edir və təqdim etdiyimiz məsələlərin həll olunmasının alternativi yoxdur”, - deyə deputat əlavə edib.
Xəbər 758 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR