Britaniya vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib

Britaniya vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib

Britaniya hökuməti vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib.
Aktual.az  xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Britaniya və Britaniya-İran ikili vətəndaşları İranda əsassız həbs riski altındadır: "Britaniya pasportuna sahib olmaq İran hakimiyyətinin sizi hədəf alması üçün kifayət qədər səbəb ola bilər. Əgər İranda həbs olunsanız sizi aylarla və ya illərlə həbs gözləyir. Bizim konsulluq yardımı göstərmək imkanımız son dərəcə məhduddur”.
Əlavə olunub ki, İran hakimiyyəti Böyük Britaniya ilə əlaqəsi olan şəxsləri etirazları qızışdırmaqda ittiham edir: "Əgər etiraz aksiyasında və ya yaxınlığında olsanız həbs olunmaq riskiniz var. Etiraz aksiyaları ilə əlaqədar həbs edilən və Britaniya vətəndaşı olan hər kəs casusluqda və ya İran hökumətini sarsıtmaqda işləməkdə əlavə şübhə ilə üzləşə bilər bu da uzunmüddətli həbs, cinayət ittihamı və ya ölüm cəzası alma riskini artırır”.
Həmçinin İranda terror hücumları barədə xəbərdarlıq edilib: "Terrorçuların İranda hücumlar həyata keçirməyə cəhd edəcəyi ehtimalı var. Hücumlar hər yerdə o cümlədən xaricilərin olduğu yerlərdə baş verə bilər”.


Xəbər 151 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR