Brejnev “Ukrayna paytaxtının fəxri vətəndaşı” titulundan məhrum edildi

Brejnev “Ukrayna paytaxtının fəxri vətəndaşı” titulundan məhrum edildi

Kiyev Şəhər Şurası Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevi "Ukrayna paytaxtının fəxri vətəndaşı” adından məhrum edib.
Qeyd edək ki, o, bu ada layiq görülən ilk şəxs idi. Brejnev bu ada 1981-ci ildə Kiyevdə "Ana-Vətən” abidəsini açmasından bir il sonra layiq görülmüşdü.
Qeyd edək ki, bu ilin yanvarda Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenski şəhərində vəsait olmaması səbəbindən meriya Brejnevin abidəsini sökə bilməmişdi. Şəhərin meri Aleksandr Çernışevin sözlərinə görə, yerli administrasiya yaxın vaxtlarda olmasa da, abidənin sökülməsini mütləq nəzərdən keçirəcək.

Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR