Bolqarıstanda neft tapıldı

Bolqarıstanda neft tapıldı
  • DÜNYA

"Qara dənizdə, Bolqarıstan sahillərində neft ehtiyatı aşkarlanıb”.

Aktual.az-ın məlumatına görə, APA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş nazirinin müavini Tomislav Donçev bəyan edib.

"Total” şirkətinin bizə verdiyi xəbərə görə, "Asparux xan” yatağında neft ehtiyatı aşkarlanıb”,- deyə T.Donçev bildirib.

O, hadisənin detallarını açıqlamayıb.
 
Qeyd edək ki, "Asparux xan” yatağı Qara dənizdə, Varna şəhərindən 130 km aralıda yerləşir. Neft yatağında kəşfiyyat işlərini tenderi qazanan konsorsium aparır. Konsorsiuma 40%-lik payla Fransanın "Total” başçılıq edir.
 
 
Aktual.az
Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR