BMW şirkəti ABŞ və Kanadadakı maşınlarını geri çağırır

BMW şirkəti ABŞ və Kanadadakı maşınlarını geri çağırır
  • DÜNYA

Almaniyanın avtomobil nəhəngi BMW şirkəti ABŞ və Kanadadan 154.4 min avtomobilini geri çağırır.

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, avtomobillərin yanacaq nasosunda yaranan problem şirkəti bu addımı atmağa məcbur edir.

Problem səbəbindən xəsarət alan və ciddi qəzaya uğrayan olmayıb.

Qeyd edək ki, 2014-ci ildən bu yana eyni problem səbəbi ilə şirkət tərəfindən Çin, Yaponiya, Cənubi Koreyadakı maşınlar da geri çağırılıb.

Dekabr ayında BMW şirkəti dillerlərə və avtomobil sahiblərinə yanacaq nasosunu pulsuz dəyişmək barədə təklif göndərəcək.
 
 
Aktual.az
Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR