“Bloomberg”: Çin ABŞ-la ticarət müharibəsində itkilər verir

“Bloomberg”: Çin ABŞ-la ticarət müharibəsində itkilər verir
  • DÜNYA

 ABŞ-da Çin mallarına qarşı tətbiqi planlaşdırılan 25%-lik gömrük rüsumları qüvvəyə mindikdən sonra həmin mallar 4,5% bahalaşacaq. Çinli istehsalçılar bunu nəzərə alaraq qiymətləri 20,5% azaldacaqlar.

"Report” "Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə İqtisadi və Fiskal Siyasət Araşdırmaları üzrə Avropa Şəbəkəsinin ("EconPol Europe") açıqlamasında bildirilir. 
Qurumun mütəxəssisləri hesab edir ki, yeni rüsumların tətbiqi ilə ABŞ-ın Çindən idxalı 30-40%, bu ölkə ilə ticarət əməliyyatlarındakı mənfi saldo isə 17% azalacaq.
Bununla yanaşı, "EconPol Europe" diqqəti ABŞ-ın Çin malları arasında seçim etməsinə, bununla da yerli istehlakçılar və şirkətlər üçün ticarət müharibəsinin fəsadlarını minimuma endirməsinə, hətta ölkədə gəlirlərin artımına nail olmasına yönəldib. 
 
Aktual.az
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR