Blinken: “Bolqarıstan 2024-cü ildə qaz olan ehtiyacını Azərbaycan və ABŞ hesabına qarşılayacaq”

Blinken: “Bolqarıstan 2024-cü ildə qaz olan ehtiyacını Azərbaycan və ABŞ hesabına qarşılayacaq”

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) sayəsində Bolqarıstan növbəti il daxili ehtiyaclarını ödəmək üçün ehtiyac duyduğu qazın demək olar ki, 100 %-ini Azərbaycan və ABŞ-dan idxal edə biləcək.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Afinada Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşdən əvvəl deyib.
"Məsələn, Bolqarıstan əvvəllər təbii qaz təchizatında 90 % Rusiyadan asılı idi. Bu yaxınlarda istismara verilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu asılılığı aradan qaldırmağa imkan verir. IGB sayəsində Bolqarıstan növbəti il daxili ehtiyaclarını ödəmək üçün ehtiyac duyduğu qazın demək olar ki, 100 %-ini Azərbaycan və ABŞ-dan idxal edə biləcək”, - E.Blinken bildirib.
Xatırladaq ki, IGB interkonnektoru 2022-ci ilin payızında istismara verilib. Həmin vaxtdan etibarən Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağından hasil olunan və Cənub Qaz Dəhlizi, daha doğrusu onun Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə Avropaya nəql olunan qazın Yunanıstandan Bolqarıstana çatdırılmasına başlanılıb.
İnterkonnektor həmçinin əsasən ABŞ-dan tədarük olunan mayeləşdirilmiş təbii qazı (LNG) Yunanıstanın reqazifikasiya terminallarından Bolqarıstana ötürməyə imkan verir.

Xəbər 862 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR