"Bizim millət vəkilimiz sizsiniz və bunu bir daha təsdiqləyəcəyik"


İbrahimhacılı seçiciləri millət vəkili Qənirə Paşayevaya millət vəkilimiz sizsiniz və 1 Noyabrda gedib bunu bir daha təsdiqləyəcəyik deyiblər.

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun İbrahimhacılı kəndində seçicilərlə möhtəşəm görüşübü keçirilib. Yüzlərlə kənd sakininin iştirak etdiyi görüşdə millət vəkili Qənirə Paşayeva ilk öncə seçicilərinə yağışlı hava olmasına rəğmən buraya gəlməniz üçün təşəkkür edirəm. Hər zaman sizin bu inam və etimadınızı doğrultmaq üçün çalışdım deyib və seçicilərinə 10 il ərzində etimad göstərdikləri üçün bir daha təşəkürünü bildirib. "Sizə hər zaman söylədiyim kimi mənim üçün deputatlıq sizə, xalqımıza,dövlətimizə daha çox xidmət edə bilməkdir. Ötən 10 illik deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əgər mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacam. 10 il ərzində sizi təmsil edən millət vəkili kimi hər zaman ölkəmizi iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə də layiqli təmsil etmək üçün çalışdım. Bilirəm ki, siz dəyərli seçicilərim üçün Qarabağ problemi nə qədər həssas və önəmli məsələdir və mən sizin səsiniz olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında bütün gücümlə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı işə dəstək olmağa çalışdım hər zaman. Əgər təkrar etimad göstərsəniz, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimizə və dövlətimizə xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda sizin layiqli səsiniz olmağa çalışacağam”. Millət vəkili Qənirə Paşayeva ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illlər baş verən proseslərdən, Milli Məclisdə qəbul olunan bir sıra qanun, əlavə və dəyişikliklərdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb və seçicilərlə fikir mübadiləsi aparıb. Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb və sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib. Tovuzun son illər ərzində çox ciddi problemlərinin böyük bir hissəsinin həllini tapdığını deyən millət vəkili Qənirə Paşayeva dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər, ona görə də bizim hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik. Tovuz rayonunda görülən işlər barədə danışan millət vəkili Qənirə Paşayeva İnrahimhacılı seçicilərinin ona məktəblərinin təmiri ilə bağlı müraciətini Təhsil Naziri Mikayıl Cabbarovla müzakirə apardığını və Hökumətə müraciət etdiyini deyib və bu məsələnin öz həllini tapacağına inandığını deyib. Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə onlarla müzakirələr apardığını və onların bu istiqamətdə gələn il də dəstəklərini davam etdirəcəklərinə dair söz verdiklərini vurğulayıb. Kəndin içməli su promleminin yaxın günlərdə öz həllini tapdığını deyən millət vəkili bir çox problemlər kənddə öz həllini tapdı qalan problemlər də inşallah ölkəmizin inkişafı ilə qısa zamanda həllini tapacaq deyib. İbrahimhacılı seçiciləri çıxış edərək bildiriblər ki, millət vəkili Qənirə Paşayevaya etimadları tamdır, çünki o, 10 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Millət vəkili kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirə aparıb və onları narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görülüb. Biz öz millət vəkilimiz kimi sizi neçə il əvvəl seçmişik və 1 Noyabrda da gedib sizə öz dəstəyimizi bir daha gösrətəcəyik və inanırıq ki, sizn bundan sonra bizim səsimiz olmaqda davam edcəksiniz deyibllər.

Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR