Bitkoin ucuzlaşdı

Bitkoin ucuzlaşdı

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin yanvar ayı ərzində ikinci dəfə 10 000 dollardan ucuz satılıb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında bitkoinin qiyməti 9 821 dollar təşkil edib.
Qısa müddət kriptovalyuta 10 055 dollaradək yüksəlsə də, bu, bir gün əvvəlki göstərici ilə müqayisədə 10 faiz azdır.
Qeyd edək ki, sonuncu dəfə bitkoinin dəyəri yanvarın 17-də 10 000 dollardan ucuz təşkil etmişdi. Bu, bitkoinin qiymətinin bu qədər minimuma endiyi artıq ikinci dəfədir.


Aktual.az
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR