“Bir saata, 400 manat qazan” - Bakıda dələduzluq aksiyası

“Bir saata, 400 manat qazan” - Bakıda dələduzluq aksiyası

Bu gün ölkəmizdə baş verən kiberdələduzluq hadisələrinin başvermə səbəbi ölkədə maarifləndirmə səviyyəsinin aşağı olmasıdır.
Bunu Aktual.az-a açıqlamasında Kibertəhlükəsizlik Platformasının icraçı direktoru Şahin Alıyev deyib.
"Kibermühitdə bir çox müdafiə üsulları, hücumlardan qorunma yolları və özünümüdafiə imkanları dələduzluq hallarında əsasən uğurlu nəticələr verir. Lakin bu təkcə Azərbaycana xas olan bir fikir deyil. Bütün dünyada insanların psixoloji boşluqlarını dəyərləndirərək edilən bu cür hücumlar əsasən çox uğurlu olur. Çünki insanlar hər zaman maddiyyata önəm verirlər və oturaraq pul qazanmaq, rahat gəlir əldə etmək istəyi onları bu cür hücumlar qarşısında zəif buraxır və bunun qarşısını ala bilmirlər”, - Alıyev bildirib.
Həmin dələduzların tapılıb ortaya çıxarılması ilə bağlı danışan ekspert bildirib ki, əgər həmin şəxs ölkə ərazisindədirsə, onu tapmaq şəraiti yüksəkdir:
"Təəssüf ki, günümüzdə bu kimi hallar xarici mobil telefon nömrələri ilə və xaricdə oturaraq baş verir. Və onların tapılması müşkül məsələyə çevrilir. Dələduzluq hallarında ən başlıca nüans insanların özləri tərəfindən şəxsi məlumatlarını paylaşması halları olur. Bu da təbii ki, dövlət mühafizəsinin təşkil olunmasında çətinlik yaradır. Banklarla da əlaqə saxlasanız, bilərsiniz ki, şikayətlərin çoxu şəxslərin öz fərdi kart hesablarını paylaşması ilə bağldır. Maddi qazanc əldə etmək üçün vətəndaşın hər hansı oyun portalına ödəniş etməsi, "1 saata 400 manat qazan” saxta aksiyalarına aldanması kimi faktlar kibercinayətkarlara şərait yaradır”.
Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR