“Bir olür – min dirilərik!” adlı layihə keçirilib

“Bir olür – min dirilərik!” adlı layihə keçirilib

"Bakı Gənclər Klubu” ictimai birliyi dövlətimizin həyata keçirdiyi siyasətinin vacib tərkib hissəsi – gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, "Bir olür – min dirilərik!” devizi altında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyədəstəyi ilə 01 dekabr 2023 – 01 mart 2024-cü il tarixlərdə gəncləri vətənpərvər ruhda tərbiyəsi istiqamətində növbəti "Bir ölür– min dirilərik! – 4” adlı layihənin icrasını həyata keçirir. 

Aktual.az xəbər verir ki, layihənin icrası Bakı şəhəri, Füzuli rayonu və  üç il öncə qızğın döyüşlər gedən, düşmən tapdağından azad olunan cöğrafi ərazilərdə həyata keçiriləcək.

Layihənin məqsədi – Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdəqəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsiləcəmiyyətə tanıtmaq vəgənclərimizdə muasir qəhrəman obrazları yaratmaqdır.     
Növbəti layihə çərçivəsində 3 qısametrajlı filmlərin çəkilişi həyata keçiriləcək. Qeyd etdiyimiz layihə çərçivəsində səfərlərimiz Vətən müharibəsi qazilərin yaşadıqları Füzuli rayonu və  44 günlük müharibəzamanı qızqın döyüşlər getdiyi cöğrafi ərazilərə təşkil olunacaq. Çəkilişlərdə müxtəlif  hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslətövsiyyələri və s. məqamlar öz əksini tapacaq. Nəzərə alsaq ki, müharibə bitib və dövlətimiz azad olunmuş ərazilərdəquruculuq işləri aparır, təssüf hissilə qeyd etmək lazımdır ki, düşmən öz revanşist fikirlərindən geri çəkilmir. Bu nöqtəyi nəzərdən layihəçərçivəsindəhazırlanmış 3 qısametrajlı filmləri gələcəkdəgənclərimizin vətənpərvər ruhda böyüməsində, muasir qəhrəman obrazların yaranmasında, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında böyük rolu olacaq. 
Layihənin sonunda Füzuli rayonunda ictimaiyyətə layihə çərçivəsindəhazırlanmış qısametrajlı filmlərin təqdimatı keçirilməsi nəzərdətutulmuşdu. 
"Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il ƏdliyyəNazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və "Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.
Xəbər 1074 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR