“Bir-birini qucaqlamaq azaddır”- Bakı Metropolitenindən opüşənlərə cavab

“Bir-birini qucaqlamaq azaddır”- Bakı Metropolitenindən opüşənlərə cavab

"Bakı Metropoliteni” QSC-i metroda opüşən gənclərin ictimaiyyət arasındakı davranışına aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a bildirib ki, "Bakı Metropoliteni”dən istifadə üçün xüsusi davranış qaydaları var: "Həmin qaydalarda insanların biri-biri ilə öpüşməsi haqqında hər hansı maddə yoxdur. Biz sərnişindaşıma ilə məşğuluq, ictimai yerdə asayişin pozulması ilə hüquq-mühafizə orqanları məşğuldur. Sərnişinlərin bütün hərəkətləri qaydalara görə tənzimlənir.”

Nəsimi Paşayev metroda opüşən gənclərin hərəkətini qınayıb: "Gənclər düz hərəkət etməyib. İctimai yerdə belə hərəkətlər yolverilməzdir. Düzdür, sevgi, bir-birini qucaqlamaq azaddır. Nəvaziş, sevgi göstərə bilərsən, amma bunlar ictimai yerdə mümkünsüzdür. Cəmiyyət, adət-ənənə, mentalitet var. Gənclərin hərəkəti ilə adət-ənənə düz gəlmir. Öpüşmək üçün o qədər yerlər var. Kim istəyir sevsin, amma metroda yox.”

Jurnalist Xaqani Səfəroğlu metroda öpüşmək istəyən gənclərə qarşı sərt təpki nümayiş etdirib. Bu isə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
 
Aktual.az
Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR