Əsl İblis oyunudur! Demək olar ki, Bulqakovun romanında olduğu kimi. Orada təsvir olunan "yaxşı olmayan evi", onun qəribə sakinlərini və qəribəlikdə onlardan geri qalmayan, həqiqətən ağlasılmaz əməllərini xatırlayın...
Baxın! Bütün bunlar artıq bu gün, müqavimət göstərilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə yenidən bizi Bulqakovun İblisi və onun hər yerdə olan davamçıları - Korovyev, Azazella və Begemot-pişiklə birlikdə quraşdırdıqları həmin mistik fantasmaqoriyanın içinə salır. Düzdür, bu dəfə hər şey başqa bir şəkildə idi və hadisə Partiarx gölündə yox, ondan çox-çox uzaq cənubda, düz bizim burnumuzun ucunda, Binəqədi yaylasında, insanların yaşamaq üçün tikdikləri, təxminən il yarım əvvəl, may ayının 19-da onlarla birlikdə yanan "yaxşı olmayan çoxmərtəbəli evdə" baş verirdi.
Və həmin binadan, elə həmin gün, artıq 16-cı ilin may ayında, bizim - haqqın.az saytının əməkdaşlarının arxasınca, üçüncü mərtəbənin açıq pəncərəsindən, lap o biri dünyadan olduğu kimi, ağlasılmaz qulaqbatıcı desibellərdə unudulmaz Müslüm Maqomayevin yaxşı tanınan səsi səslənirdi. O, Qunonun "Faust" operasından Mefistofelin sözlərini oxuyurdu...
İnsanlar metal, metal uğrunda məhv olur,
İblis orada hakimdir, orada hakimdir...
Necə çaşmayasan axı? İblis oyunu deyilmi? Biz bir-birimizə baxdıq. Həmkarlarımızdan biri, başını Mefistofelin ariyasının səsi gələn pəncərəyə tutub dedi: "Müslüm, hakim deyil, hakim idi. Biz bunu artıq bilirik"...
Küllükdə reyd
Aktual.az Haqqın.az-a istinadən bildirir ki,həmin gün, sakinlərlə ünsiyyətdə olduqdan sonra biz, əziz oxucu, Azadlıq prospektində olan həmin çoxmərtəbəli binanı tərk etdik, o binanı ki, aqibəti hamımızı qəlbimizin dərinliklərinə qədər məyus etdi və adı çəkilən günahkarlara qarşı dərin nifrət doğurdu. Hər yerdə ucadan elan edildi və məlum oldu ki, günahkarlar həmin evdə fasad üzləmə işlərini həyata keçirən başıbəlalı təmirçilər və hətta mənzil istismar sahəsinin müdiri imiş. Onlar, sən demə, var-dövlət hərisləri, baş verənlərin günahkarlarıdır. Baş verən faciənin bu cür şərh edilməsi sanki hansısa gözəgörünməz qüvvə tərəfindən yönləndilən güclü dalğa kimi hər kəsi öz ağuşuna aldı.
Belə təqdim olundu. Belə təlqin olundu. Hər halda, hansısa rəssam və ya rəssamlar tərəfindən cızma-qara edilmiş şəkildən belə görünürdü və biz indi, ehtiraslar az-çox soyuduqdan sonra, əlimizdə olan kifayət qədər rəsmi sənədlərin və sağ qalan - baş verənlərdən çaşqınlığa düşmüş şahidlərin dindirmə protokollarından çıxarışların əsasında həmin şəkli yenidən yaratmağa çalışdıq. Bizdə alınmadı. Burda nəsə heç nə uyğun gəlmir. Lakin, hadisənin fonunda bizim üzərimizə yönəldilən informasiya dalğası elə emosional inandırıcı idi ki, onda, hələ hər şey təzə olanda, bütün hiddətlənmiş Bakını öz ağuşuna aldı.
Nəinki Bakını! Bütün ölkəni! Həm də təkcə ona verilən istənilən yalan informasiyaya, məsələn, təmir edən şirkətin hansısa bir Voland (İblis) kimi təqdim olunduğu informasiyaya asanlıqla inanmağa meylli adi sakinləri deyil, bu məlumatı analiz edərək həzm etmək iqtidarinda olanları belə...
Bundan maraqlı nə ola bilərdi?! Mətbəxlərdə, metro və avtobuslarda danışıqlar üçün maraqlı mövzu deyildimi? Bayağı insanlar üçün göydəndüşmədir! Həm də necə!.. Dövlətli insan - onların şiddətli həsədlərinin subyektidir - qazanc dalınca qaçarkən evlə birlikdə insanları da yandırdı. Hətta uşaqlara belə qıydı.
Bayağı insan, əlbəttə ki, Afrikada da bayağı insandır. Boşboğazlıqla məşğul olmaq onun üçün ən maraqlı məşğuliyyətdir. Lakin, etiraf etmək nə qədər ağır olsa da, həmin günlər haqqın.az da daxil olmaqla bütün mətbuat, kiminsə çox məharətlə qarışdırdığı burulğana düşdü, o burulğana ki, orda həqiqət qara qəpiyə də dəymirdi.
Yox, düz deyirlər, cidanı çuvalda gizlətmək olmaz. Onun deşici, diqqəti istər-istəməz özünə cəlb etməyə məcbur edən iti ucu bir ay əvvəl özünü bizə ən müxtəlif və dolaşıq məsələlər üzrə məsləhətlər verən ölkənin yaşlı hüquqşünaslarından birinin köməyi ilə biruzə verdirdi. Məlum MTN-lə bağlı yeni qalmaqalla əlaqədar növbəti çağırışımızla redaksiyaya gəldiyi həmin gün elə oldu ki, keçən ilin may ayında baş vermiş Binəqədi faciəsi bu cür xatırlandı: "Həmin çoxmərtəbəli binanın üzləndiyi zəhərli poliuretan tüstüsündə insanlar həlak oldu, onlarla sakin isə ağır zəhərlənmələrə məruz qaldı."
- Həmin bu qorxulu hadisədən bir qədər keçdikdən sonra - məsləhətçi bizə xatırladır - Gəncədə əllərində iki kanistr benzin olan, eynilə bu cür poliuretanla üzlənmiş binanı yandırmağa cəhd edən iki nəfər şübhəli şəxs yaxalandı. Onları Binəqədidə baş vermiş hadisədən sonra poliuretanla üzlənmiş binalara nəzarət etmək üçün təşkil edilən növbətçi qrup yaxalamışdı. (Bu hadisədən dərhal sonra, nəinki paytaxt Bakıda, hətta Azərbaycanın rayonlarında da poliuretanla üzlənmiş binalarda, bu üzlük sökülənədək, polis, icra hakimiyyətinin nümayəndəsi və s. qurumların əməkdaşlarından ibarət növbətçiliklər təşkil edildi. Sanki Binəqədidə baş vermiş yanğın hadisəsinin qəsdən törədilməsi və digər "poliuretanlı" binalarda da oxşar yanğının yenidən törədiləcəyi ehtimalı gerçək idi). Lakin bu yaxalananların müvafiq hüquq mühafizə orqanında dindirilməsi və hadisənin araşdırılması əvəzinə, həmin fakt ört-basdır edildi. Həmin o gecə Gəncədə poliuretanla üzlənmiş binaya od vurmaq istəyən, lakin iradələrindən asılı olmadan istəklərinə nail ola bilməyən "odvuranların" izi harasa başqa yerə yox, məhz MTN-ə aparırdı... Hansı müstəntiq, qoy lap qüdrətli baş prokurorun komandasından olsun, və hansı hakim MTN-a qarşı çıxmağa cürət edərdi? Canlarından bezməyiblər ki!
O qısa fasilə verdi və çoxmənalı düşüncəli baxışlarla qarşısına baxaraq, əlavə edir:
- Burda da nəsə aydın deyil. Burda da eyni kölgələr görünür... Bu Binəqədi yanğınında hər şey birmənalı deyil. İndi həmin o keçmiş məşum idarənin "memarlarının" iradəsi ilə həmin çoxmərtəbəli binanın təmirçilərinin dosyesinə yığılan daşları dağıtmaq vaxtıdır. Günahsız ölənlərin qanı bunu fəryadla xahiş edir...
Onun hüquq-mühafizə orqanlarında çoxillik təcrübəsi və parlaq hüquqşünas zəkası, ən əsası, son bəyanatın ciddiliyi bizim jurnalist tədqiqatına başlamamıza səbəb oldu.
Baş vermiş hadisə ilə bağlı istintaq aparan orqanın tərtib etdiyi və bizim də əlimizdə olan sənəd və protokalları yenidən nəzərdən keçirməyə başladıq və çaşdınlığa düşdük. Bu sənədlər bir tərəfdən adi məntiqə belə uyğun gəlmirdilər, digər tərəfdən, müxbirlərimizin istintaqın dindirdiyi şahidlərlə və dindirmədiyi, daha doğrusu, dindirmək istəmədiyi şəxslərə apardıqları söhbətlərlə uyğun gəlmirdi.
İsti izlərlə, məntiq və sağlam düşüncəni bir kənara ataraq tərtib olunmuş materialların məzmunu qabaqcadan düşünülmüş şəkildə və buna hesablanaraq insanların ən həssas yerlərindən - onların məhv edilmiş insan qəlblərinə olan şəfqət və rəğbət hisslərindən vurdu. Belə bir təəssürat yaranır ki, sanki kimsə qanunun cinayət maddələrinə əsaslanaraq, praktiki hüququn quru dili ilə baş verənlərin qoy həzm oluna bilməyən, lakin obyektiv şəklini çəkmək əvəzinə, gələcək detektiv povest üçün süjet yazıb. Buna görə də bizim hamımızı baş vermiş yanğının tüstü qoxusu əvəzinə əsl iblis oyununun üfunətli ruhu fasiləsiz olaraq təqib edirdi. Ümumiyyətlə tam başqa bir şəkil alınırdı.
Buna öz gözlərimizlə əmin olmaq üçün, əziz oxucu, sizi öyrənə bildiyimiz hər şeylə tanış olmağa və bizimlə birlikdə Binəqədi faciəsinin həqiqətə çox yaxın olan şəklini bərpa etməyə dəvət edirik.
Siqaret kötüyü? Qısaqapanma? Poliuretan? Və ya ...
Bu suallar bizdə burada, yanğından qalan küllükdə nahaq yerə yaranmayıb. Axı hadisədən 10 ay sonra Dövlət Ekspertiza İnstitutunun ekspertləri yanğının baş vermə səbəbinə dair verdikləri rəydə qeyd etmişdirlər: ola bilsin ki, yanğın siqaret çəkən etinasız birinin onun kötüyünü zibil yığınına atması nəticəsində yaranıb...Uğursuz siqaret kötüyü variantını hadisə baş verən yerə ilk gələnlər irəli sürdülər. Bunlar nə yerli icra hakimiyyətinin məmurları, nə də FHN-çi deyildilər.
Yanğın yerinə ilk gələnlər o zamankı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları oldular. Razılaşın, öz funksional vəzifələrinə birbaşa əlaqəsi olmadığı halda bu qədər sürətlə operativlik nümayiş olunması həsəddən daha çox müəmma doğurur. Düzdür, istifadə etdiyimiz "müəmmanı" onunla izah etmək olar ki, həmin evin 3-cü mərtəbəsində, bu xüsusi qurumun mərkəzi ofisinin əməkdaşı mayor Xəyyam Babayev yaşayırmış.
Lakin o həmin adi günlərdən birində Dağüstü parkda yerləşən hamıya məlum binadakı kabinetində olmalı idi. Fərz edək ki, Babayev əvvəlcə baş verənlər barədə idarəyə məlumat verib. Bəs o nə vaxt FHN-nin müvafiq xidmətinə zəng eləyib və məlumat verib? Həmin anda ya bir az gözləyib? Bəlkə heç bunu eləməyib? İstintaq materiallarında biz bu sualların cavabını tapmadıq. Hərçənd bu cür hallarda hər bir dəqiqə həyat əhəmiyyətlidir. Biz həmin sənədlərdə mayorun ifadəsini də görmədik. Bizim niyə buna xüsusi diqqət yetirməmiz oxucuya bir azdan məlum olacaq...
Amma hələ ki ekspertin yanğının səbəbinə dair verdiyi rəyə qayıdaq. Yanğın yerinə gələn təhlükəsizlik əməkdaşlarının yanğına siqaret kötüyü və zibilliyin səbəb olmasına dair avtoritet rəyi FNH-nin də diqqətindən yayınmayıb. Qəribədir, belə çıxır ki, bu evdə fasadın üzlənməsindən sonrakı son 3 ildə siqaret çəkən olmayıb və ... düz Avropa oyunlarının ərəfəsində həmin o məşum siqareti çəkdilər. Eyni zamanda siqaret kötüyünün arqument kimi çox zəif olduğunu və bütün günahları bir nəfərin üzərinə yükləmək cəhdi açıq-aydın göründüyündən gülüş doğurucu olduğunu başa düşərək, o öz fikrincə, daha ciddi olan ikinci mülahizəni irəli sürür: "Bakıda buraxılan poliuretan lövhələrin alışması elektrik şəbəkəsində olan qısaqapanma nəticəsində baş vermişdir". Belə çıxır ki, bu iki amil binanın poliuretan üzlüyünün alışmasının əsas səbəbləridir (qara şriftlə tündləşdirdiyimiz sözlərə diqqət yetirin).
Demək, günahkar poliuretandır. Daha doğrusu, ondan istifadə etməyə icazə verənlər. Bu belədirmi? Və biz öyrənməyə çalışdıq ki, bizdə onu kim istehsal edir? Bizim, necə deyərlər, bəxtimiz gətirdi. Haqqin.az-a bir təşvişə düşmüş xeyirxah məlumat verdi ki, tikintilərdən birinə düz iki KamAZ bu cür üzlük lövhələr gətirilib. Biz ora üz tutduq.
KamAZ-ların yaxınlığında onların boşaldılmasına diqqətlə nəzarət edən orta yaşlı ciddi görkəmli bir kişi dayanmışdı, biz onun lahiyənin rəhbərlərindən biri olduğunu güman etdik.
Biz lövhələri göstərərək - "Siz niyə yenə bu qatillərdən istifadə edirsiniz?!" - deyə ona hücuma keçdik.
- Başa düşmür... Who (alman dilindən tərcümədə - "Hanı") qatillər? - bizim qəfil gəlişimizdən çaşqınlığa düşmüş halda, o azərbaycan dilində deyil, təhrif olunmuş rus dilində, alman aksentinin koloriti ilə cavab verdi.
Haradan və niyə gəldiyimizi öyrəndikdən sonra o rahat nəfəs alaraq Zergud (çox yaxşı) dedi. Bizi "prorab" köşkünə dəvət etdi. Və burada, qaçıb gələn tikintiyə məsul işçilərin əhatəsində bizim aramızda maraqlı söhbət baş tutdu. Onun təhrif olunmuş nitqini nəzərə almayaraq, biz onun danışdığı hər şeyi, ilk növbədə isə, ona təqdim olunan bütün materiallara olan münasibətini yazırıq. Aşağıda bizim söhbətimizin demək olar ki, stenoqrafik mətnini veririk.
"İcazə verin özümü təqdim edim - Voldemar Vaysbeyn. Mən, sizdə deyildiyi kimi, poliuretan istehsal edən Bayer alman müəssisəsinin texniki şöbəsinin rəis müaviniyəm. Bu bazarda iki oyunçu var - bizim Bayer və Belçika Ravago-su. Biz bir birimizlə sıx əməkdaşlıq edirik. Və burada, sizin ölkənizdə, bizim ümumi maraqlarımız var, biz qarşılıqlı münasibətlərimizə dəyər veririk və ciddi şəkildə onlara əməl edirik...
Bakıda yaşayış binasında baş verən faciədən sonra mən Bayer və Ravagonun qarşılıqlı razılığı əsasında bizim məhsullarımızın buraya çatdırılması və müşaiyət edilməsi üzrə rəsmi nümayəndə təyin olundum, həmçinin, mən məhsullarımızın necə istifadə olunmasına da nəzarət edirəm. Binəqədi tikinti massivində olan bu hadisə böyük rezonans doğurdu. Bayer və Ravagoda belə bir şübhə yarandı ki, iki tərəfdən hansı birisə centlemensayağı iş görmür, çirkin oyun aparır və öz tərəfdaşının məhsullarını gözdən salmağa çalışır. Axı sizin KİV tərəfindən qaldırılmış və Avropa mətbuatı tərəfindən dərhal götürülmüş qalmaqal böyük rezonansa səbəb oldu. Bizim aramızda olan fikir ayrılığı tezliklə aradan qaldırıldı. Bizim prezidentləri sizin ölkənizin baş nazirinin müavini cənab Şərifov sakitləşdirdi. O onları əmin etdi ki, nə bir, nə də digər tərəfə münasibətdə heç bir dəyişiklik yoxdur və Bayer və Ravago arasındakı müqavilələrin müddəti eyni şərtlərlə uzadılacaqdır.
Yeri gəlmişkən, o zaman bizim rəhbərlərimizə israrla Nazirlər Kabinetinə deyil, sizin Ştaziyə - milli təhlükəsizlik idarənizə müraciət etməyi məsləhət görürdülər. Guya həmin yanğından sonra poliuretanla əlaqədar bütün işlər onların əlindədir. Lakin axı biz müqavilələri Milli Təhlükəsizlik idarəsi ilə bağlamamışdıq. Bizim prezidentlərimizin həmin idarə ilə görüşü olub-olmadığını deyə bilmərəm. Məsələ əsaslı şəkildə Nazirlər Kabinetində həll olundu. (Haqqin.az oxucudan herr Voldemarın bu replikasını yadda saxlamağı məsləhət görür).
İndi isə, cənablar, gəlin sizin məni tanış etdiyiniz sənədlərin mahiyyətinə dair danışaq...
Onların hamısında yazılır: "Bakıda istehsal olunan poliuretan". Rəsmi şəkildə bildirirəm - sizin bu əsrarəngiz ölkənizdə bu məhsul istehsal olunmur. Burada bizim gətirdiyimiz məhsul əsasında müxtəlif ölçü və şəkildə olan lövhələr qəliblənir. Bu kiçik sexdir, Almaniyada bizdən alınmış avadanlıqlarla təchiz olunub. Bu birinci.
Və əvvəlkindən daha az vacib olmayan ikinci məsələ. Bizim poliuretana barıt kimi partlayacaq digər komponentləri daxil etmək üçün mexaniki sex deyil, bütöv bir kimyəvi zavod lazımdır. Və yenə də, bir peşəkar kimi deyirəm: poliuretan yanmır - o şiddətlə közərir.
Sözlərinin əsassız olmadığını sübut etmək üçün Bayer və Ravagonun nümayəndəsi herr Voldemar Vaysbeyn bizi bayıra çıxardır. Onun tapşırığı ilə fəhlələrdən biri odluğu yandırır və poliuretan lövhələrdən birini güclü təzyiqlə yanan alova yaxınlaşdırır. Lövhə bu alovun təsiri alında 5 dəqiqə ərzində qalır. Lövhə yanmır, yalnız yaşıla çalan qığılcımlarla parıldayaraq qaralır və tüstülənir. Onun arxa tərəfi qətiyyən qaynar deyil. Herr Vaysbeyn əvvəlcə özü ovcunu onun üzərinə qoydu, sonra isə bizdən bunu etməyimizi xahiş etdi. Düzdür, qoxusu elə də xoş deyil. Bunu qeyd edərək əcnəbi deyir ki, neyləyəsən, bütün tikinti materialları yanırlar və elə də xoş olmayan qoxu verirlər. Həmin o daş da, dəmir də yüksək temperaturda əriyir və öz qoxusunu ətrafa yayır. Sonra isə davam edir:
- Hal-hazırda, cənab jurnalistlər siz poliuretana Avropanın bütün çoxmərtəbəli binalarının üçdə birində rast gələ bilərsiniz. O beynəlxalq keyfiyyət və təhlükəsizlik sertifikatına malikdir. Ona olan tələbat yalnız artır. Heç kim ondan imtina etmir.
- Yəqin ona görə ki, orada bizdə, Binəqədidə olan yanğından baş verməyib - biz əlavə edirik.
- Düz deyirsiz, belə bir şeyi xatırlamıram. Sizdə nəsə qəribə bir şey oldu. Axı poliuretan preslənmiş saman deyil ki, belə alovlansın - herr Vaynsbeyn təəccüblə söhbətini bitirir.
Alman mütəxəssisi tərəfindən bəraət qazanmış poliuretanın günahsız olmasına və ya əskinə bir daha əmin olmaq üçün biz yenə həmin günlər bu və ya digər şəkildə yanğına şahid olan insanların yanına getdik. Onlardan bir çoxu elə yanğının ilk günlərində kifayət qədər tələbkarlıqla dindiriliblər.
Sakinlərdən bir müstəntiqə verdiyi və indi məhkəmənin dosyesində qalan ifadəsində danışır ki, bu evin sakinləri yanğın baş verməmişdən əvvəl hamılıqla İcra Hakimiyyətinin nümayəndələrinə müraciət etmiş və tələb etmişdirlər ki, divarlara poliuretan lövhələr bərkidilməsin. Məhkəmədə zərərçəkənlərdən biri olan Zəmanət Daşdəmirov bildirib ki, o binanın digər sakinləri ilə birlikdə materialı yoxlamaq üçün poliuretana od vurublar, və onun yanan olmadığına əmin olduqdan sonra sakitləşmiş və təmir edən şirkətin dediklərinə inanmışlar.
Müstəntiqlərin etdiyi kimi hərəkət etmək - onun dediklərinə inanmaq və əsas arqumentlərdən biri kimi, dosyeyə əlavə etmək olardı. Lakin biz həmin o keçmiş küllüyə getməyi qərara aldıq və bütün rast gəldiyimiz insanlara digər suallarla birlikdə bu sualı da verdik: "Siz inşaatçılardan binanıza poliuretan üzlük çəkməməyi tələb etdinizmi? Və bununla əlaqədar siz neçə dəfə etiraz aksiyası keçirdiniz?". Cavab olaraq çoxmənalı heyrətlə qarşılaşdıq, yəni nə aksiya? Onların bütün dediklərini yazmayacayıq. Onlardan yalnız birinin, zərərçəkənlərdən birinin qardaşı, mühəndis-energetik Ramiz Quliyevin söylədiklərindən:
- Biz heç birimiz onun hansı materialdan hazırlandığını, xüsusilə də, bu örtüyün həyat üçün təhlükəli olduğunu bilmirdik. Poliuretan, onun yanma qabiliyyətli olub-olmaması, onun kimyəvi maddələrdən hazırlandığını heç kim bilmirdi. Bu yalnız yanğından sonra biz məlum oldu. Bizim təmir işləri ilə bağlı iddialarımız var idi, lakin onların poliuretana heç bir aidiyyatı yox idi, əsasən bəzi sakinlərin mənzillərində apardığı əlavə tikililərlə bağlı idi və onlar iğtişaş xarakteri daşımırdı, və ya, siz dediyiniz kimi, etiraz aksiyaları deyildi. Sizə kim bu cəfəngiyyatı deyib...
Və sakinlərlə söhbət zamanı çox vacib detalları aşkar etdik.
-Burda bir oğlan yaşayırdı - Yaşar Nəcəfzadə - Ülvi Sadıqov müdaxilə edir. - Hələ uşaq idi. İyirmidən bir az artıq yaşı var idi. O, sonra müstəntiqin mənə dediyinə görə, guya 14-cü mərtəbədən özünü atıb və həlak olub. Mən onu o aşağı qaçanda 4-cü mərtəbədə gördüm. O ağ köynəkdə, qara şalvarda idi və qışqırırdı "Qaçın canınızı qurtarın!" "Allah rəhmət eləsin ona", düzdü, o Allaha yox, şeytana sitayiş edirdi. Şeytanpərəst idi. Bunu hamı bilir. Və hamı görürdü ki, o necə heyranlıqla Xəyyam müəllimə baxır və dinləyir...
- Şeytanpərəst yox, satanist idi - möcüzə nəticəsində sağ qalmış Nelli İvanovna Alekseyeva onun səhvini düzəldir.
- İnsan idi axı!... Yolunu azmış insan idi - qaşqabaqlı şəkildə qınaqla Quliyev deyir. - Yanğın günahsız uşaqlara da rəhm eləmədi. Bu yanğın mənə nəsə anlaşılmaz qaldı. Yəqın ki, bu işdə saç ağartmış ekspertlər üçün də. Zibilliyin yandıran siqaret kötüyü - bişmiş toyuğun gülməyi gəlir. Əgər qısaqapanma da baş vermiş olsaydı belə, təmirçilər tərəfindən evdə quraşdırılmış, ən şəbəkədə ən kiçik sıçrayışlara belə reaksiya verən elektrik avadanlığı cərəyanın verilməsini avtomatik olaraq dayandırardı. Və üstəlik, binanın üz hissəsinin işıqlandırılması yanğından iki ay əvvəl dayandırılmışdı. Və mən başa düşəndə ki bizdə fövqəladə hal baş verib və yanğındır - zirzəmiyə qaçdım və bax bu əllərimlə rubilniki şəbəkədən ayırdım. Və üstəlik qazvermə ventilini möhkəm bağladım... Yeri gəlmişkən, mən yalnız yanğının hansı səbəbdən baş verdiyini ehtimal edə bilərəm, ekspertlər isə konkret deməlidirlər...
- "Ehtimal eləyə bilərəm nə deməkdi?!" - Zəhra Babayeva qışqıraraq onun sözünü kəsdi. (Həmin uğursuz gündə o nəvəsini itirib, kürəkənini isə kiminsə paltarının üzərindən vurduğu iynə ilə iflic ediblər və təcili yardım maşınına qoyublar. O küçədə olarkən yalnız öz evinə qaçmaq və övladını xilas etmək istəyirdi). Müstəntiqlərin gizlətdiyi alçaqlar bizim evimizi partlatdılar! Siz, burada olanlar, heç nə vaxtsa bizim həyətdə zibil yığını görmüsüz? Bax siz, Ayaz həkim, görmüsüz? Bizim poliklinika düz bizim evimizin yanındadır...
O ətrafında olanların "Yox!" və "Heç vaxt!" dediklərinə qoşularaq başını bulayır.
- Bəs deyin, - o əsəbi halda davam etdi - sizin içinizdən kim partlayış səslərini eşitməyib? Biri, sonra o biri, sonra üçüncüsü. Belə şeyi mən ancaq kinoda görmüşəm, insan minaya düşəndə belə səs gəlir. Sonra aşağıdan yuxarıya doğru alov qalxdı... Bir qədər sonra tüstü. Əvvəl ağ, sonra qara. Qalın qara tüstü topaları...
- Doğrudan, mən həmin səslərdən və zərbələrdən oyandım - Malikə Hüseynova razılaşdı. - Yuxulu olduğumdan əvvəlcə heç nə başa düşmədim, ancaq pəncərə yuxarı doğru qalxan alovla işıqlananda başa düşdüm ki bədbəxtlik baş verib!..
- Hə, yeni il gecəsində atılan fişənglər kimi, səsli partlamalar oldu və alov dama qədər qalxdı - Naibə Mahmudova başı ilə təsdiq edir.- Alov sütununa baxanda mənə elə gəldi ki, o yuxarıda başlayıb. Elə bil kimsə yuxarıdan divarlara benzin tökmüşdü...
- Şübhəsiz, evi yandırıblar - Günay Məhərrəmova əmin şəkildə bildirir. - Və mənə elə gəlir ki, bunu Avropa Oyunlarını gözdən salmaq üçün ediblər. Hər halda, belə şaiyələr gəzirdi.
- Düzdür, Günay xanım! Mən də belə hesab edirəm! Və Naibə kimi mən də partıltı və alov görmüşəm. O benzindən alışmış kimi yuxarı qalxırdı! - onlarla eyni bədbəxt hadisəni yaşamış İlqar Vahabov ucadan deyir.
... Biz yenidən indi hakim Ə.Hacıyevin gözlərinin qarşısında olan istintaq materiallarından əldə etdiyimiz çıxarışlara baxırıq. Bütün bunlar haqqında həmin sənədlərdə heç bir qeyd yoxdur.Sanki heç kim onlara bu kifayət qədər vacib detallar haqqında heç nə deməyib. Hərçənd cinayət işinin aparılmasının bütün qaydalarına görə göstərilən faktları əsaslı şəkildə yoxlamaq lazım idi, bunun yekunu isə müvafiq ekspertiza olmalı idi. Məhz ekspertiza məhkəməni çox çətin vəziyyətə salmamaq üçün zərərçəkən və şahidlərin bu mülahizələrini ya inkar, ya da təsdiq etməli idi...
Lakin, küllükdə baş tutmuş dialoqumuza qayıdaq.
- İndi bu qəzəbli şər qüvvələrin təşkil etdiyi müsibətdən sonra biz yenə liftsiz qaldıq - zərərçəkənlərdən biri kədərlə bildirir. Budur bizim acınacaqlı neosovet reallığımız - 70-ci illərdə inşa olunmuş bina hələ də daimi liftlə təmin olunmayıb.
16-cı kimdir?
- Mayın 19 isə yanğın oldu. 16 insan həlak oldu...
- On beş! - biz düzəliş etdik.
- Onların ortaya atdıqları bu informasiya rəsmi fakt oldu. Əslində isə 16 idi. Mən, və faciə yerində olmuş digərləri 16 meyit gördülər. Biri sirli şəkildə yoxa çıxdı. Niyə? Hara oldu? Bəlkə bu icraçı idi? Hərçənd bu barədə mən yalnız ehtimal edə bilərəm, lakin istintaq bunun belə olub-olmadığını müəyyən etməli idi və müəyyən edə bilərdi. Axı qurbanların 16 nəfər olduğunu deyirdilər və hələ də deyirlər...
Həqəqətən, biz söhbət elədiyimiz insanlar bu rəqəmi səsləndirdilər. Ülvi Sadıqovun sözlərini xatırlayırsız? "...O, şeytanpərəst Yaşar Nəcəfzadə, müstəntiqin mənə dediyinə görə, guya 15-ci mərtəbədən yıxılaraq həlak oldu. Bu necə ola bilərdi ki, mən 4-cü mərtəbə səviyyəsində onun aşağı qaçdığını gördüm. Yaşar ağ köynəkdə, qara şalvarda idi və qışqırırdı: "Qaçın, xilas olun!" Müstəntiqin "Al, bu da sənə Yaşar Nəcəfzadə budur" sözləri ilə göstərilən şəkildə başdan ayağa üstü örtülmüş yaşlı adamın meyiti idi, onu mən qan içində, ancaq hələ örtülməmiş vəziyyətdə blokun qarşısında görmüşdüm. Onun əlində döymə var idi. Onu tanımırdım. Hələ mənim ağlıma gəlmişdi ki, o niyə burda blokun qarşısından bir qədər kənara yıxılıb? Düşündüm ki, yəqin özünü atıb. İndi isə düşünürəm ki, bəlkə də onu atıblar. Lakin mən belə məsələlərin mütəxəssisi deyiləm..."
- Mən də görmüşdüm... Mənə də həmin şəkili göstərdilər...Lakin bu satanist Yaşar deyildi. Bu tamamilə başqa adam idi - Nelli İvanovna Alekseyeva deyir.
- Mən bu meyiti və əlinin üstündəki "nakolkanı"da açıq-aşkar gördüm. Bu Yaşar deyildi. Hadisədən bir neçə ay sonra bu meyitin şəklini internetdə gördüm və tanıdım. İnternetdə bunu Yaşarın şəkli kimi göstərmişdilər. Amma bu Yaşar deyildi axı. Mən bu meyiti hadisə günü görəndən təqribən 40 dəqiqə sonra Yaşar binadan yerə atıldı. Həm də şəkildəki yaşlı adam idi, əynində dəri gödəkcə var idi. Yaşar isə ağ köynək və qara şalvarda idi. Bizi tez bu meyitdən araladılar, sonra da meyit yoxa çıxdı. Mən müstəntiqə də bunu dedim. Amma əhəmiyyət vermədi. Sonra da mənə "süs" dedilər - deyə Zəmanət Daşdəmirov da bu söhbətə qoşuldu.
- Hə, belə bir insan bizdə yaşamırdı. Bizim hamımıza onun şəklini göstərdilər və dedilər ki, bu Yaşar Nəcəfzadədir... Amma Yaşarı biz yaxşı tanıyırdıq, ancaq bunu, həbsxana döyməsi olan birini birinci dəfə idi ki görürdük.
Və burada, mistik hekayə janrında olduğu kimi, biz "Yağış adam" filmini xatırladıq. Filmdə Castin Hofmanın oynadığı autizm xəstəsi gözlərini boşluğa dikərək kimdənsə soruşurdu: "Birinci kimdir?...Kimdir birinci?" Biz də burada bir-birimizdən soruşurduq: "Kimdir 16-cı?" və "Hanı o?". İstintaq materillarında bu barədə ümumiyyətlə heç nə yazılmayıb. Baxmayaraq ki, həmin o sirli 16-cı haqqında həmin bu "yaxşı olmayan" çoxmərtəbəli binanın demək olar ki bütün sakinləri danışırdılar. Proses zamanı səsləndirilən həmin bu fakt sərdlik edən üçün gözlənilməz oldu. Onun qarşısında olan dosyedə belə bir şey yox idi.
Bizim reyd briqadamız yenə də bu məsələyə bir aydınlıq gətirməyə çalışdır. Lakin heyhat! Patoloqanatom dedi ki, onun masasından 15 meyit keçib və bizə həlak olmuş qurbanları morqa daşıyan sanitarlara müraciət etməyi məsləhət gördü. Və belə birisini biz tapdıq. Onun dedikləri: "Onlar 16 nəfər idi. Lakin bunu sizə dediyimi mən heç yerdə heç kimə deməyəcəm. Mənim tərcümeyi-halımda hər şey qaydasında deyil, buna görə də istəmirəm ki, MTN-çilər mənə təzyiq göstərsinlər. Axı orada hər şey onların nəzarəti altında idi..."
Məhkəməyə təqdim edilən dosyedə Yaşar Nəcəfzadə ilə də bağlı heç nə yox idi. Nə o, nə də onun müəmmalı ölümü ümumiyyətlə araşdırılmamışdı. Lakin biz ondan yan keçə bilmədik.
Uzun axtarışlardan sonra biz nəhayət ki, "Satanistlər cəmiyyəti" kimi adlandırılan cəmiyyəti qanunsuz olaraq yaradan və özlərini onun üzvü elan edən cavan oğlanlardan biri ilə görüşməyə nail olduq. Ona məlum olanları deməyinin əvəzi olaraq o bizdən xahiş etdi ki, soyadını səsləndiməyək.
"İclaslarımızdan birində, - o xatırladı - Yaşar bildirdi ki, onu qonşusu, MTN-çi mayor çox möhkəm sıxışdırıb. Əgər səhv eləmirəmsə, Yaşar həmin evin 13-cü mərtəbəsindəki mənzili kirayə götürmüşdü". Rəhmətlik məhz sehrli 13-cü mərtəbə olduğu üçün fəxr eləyirdi. Asan yadda qalan adı olan Xəyyam adlı həmin mayor isə 3-cü mərtəbədəki mənzildə yaşayırdı. Bax həmin bu Xəyyam, Yaşarı gətirdikləri kabinetində hədələyib ki, əgər Yaşar onun tapşırıqlarını yerinə yetirməsə, onu və bizim - Cəmiyyət üzvlərinin hamımızı həbsə atdıracaq. Biz hiddətnləndik, sonra isə, bir qədər düşündükdən sonra qərara aldıq ki, yoldaşımızın düşdüyü kontor mahiyyət etibarilə elə satanist təşkilatdır ki var. Sadəcə gizli deyil. Buna görə də biz dedik: "Qardaş, qorxulu heç nə yoxdur. Görünür bizim mənəvi atamız İblis özü bizə yol göstərir".
Həmin gün biz hamımız Zəmanət Daşdəmirovun kompüter klubunda idik. Kimsə onun mobil telefonuna zəng elədi. Xatırlayıram ki, Yaşar soruşdu ki "Təcilidi?", ona nəsə dedilər və o az qala hərbi qaydada cavab verdi: "Oldu. İndi gəlirəm!"... Mən pəncərədən onun qaçaraq öz bloklarına girdiyini gördüm.
Yarım saat keçdikdən sonra mən partlayış səslərinə bənzər səslər eşitdim və alova bürünmüş binanı gördüm... Sonra mən onu ağ parçaya bürünmüş gördüm. Onun necə öldüyünü, yalan deyərəm, bilmirəm... Deyirlər ki, hündürdən yıxılıb.
Dağ siçan doğdu
...Azadlıq prospektindəki 200/36 nömrəli insanlarla birlikdə yanmış evin işi bizə hakimin masasının üstündə olduğu kimi görünmədi. Hər şey başqa cür görünürdü. Hər şey tərsinə idi. Və hakimin çəkicinin üzərində durduğu qovluqlardan yanıq iblis qoxusu gəlirdi.
Özünüz düşünün. 4 ay ərzində 147 müstəntiqdən (bizim hesablamarımıza görə hər dindirilən şəxsə iki nəfər) heç biri baş vermiş faciəyə aydınlıq gətirə biləcək və onun həqiqi günahkarını üzə çıxaracaq heç bir suala cavab verə bilmədi. "Necə deyərlər, dağ siçan doğdu".
Bir şey aydın idi - burda cinayət işi vardı. Lakin, indi başa düşdüyümüz ki, hamımıza məlum Eldar Mahmudovun əlaltıları tərəfindən törədilmiş cinayət işi. Buna görə də, biz başlarının üzərində məşum MTN-nin qorxulu kölgəsi duran müstəntiqlərin hallına acıyırıq.