Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə tutulan cərimələrin miqdarında dəyişiklik edilib.
Aktual.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişik olunub. Belə ki, qaydaları pozan hüquqi şəxslərdən tutulan cərimənin miqdarı 5 000 manatdan 6 000 manatadək artırılır. Vəzifəli şəxslərin cəriməsi isə azaldılır, onların cəriməsi 2 000 deyil, 1 500 manat olacaq.
Dəyişiklik layihəsinə əsasən, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslərdən tutulan cərimə dəyişməyib. Belə qanun pozuntusuna yol verənlər 500 manat cərimələnəcəklər.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərini müəyyən edilən tariflərdən yüksək qiymətə satan fiziki şəxslər də cərimə olunacaqlar. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxslər 700 manat cərimə ediləcəklər.