Beynəlxalq təşkilatlar Leyla Yunusun azadlığa buraxılmasına münasibət bildirib

Beynəlxalq təşkilatlar Leyla Yunusun azadlığa buraxılmasına münasibət bildirib

 Beynəlxalq təşkilatlar "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasına münasibət bildirib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link L.Yunusun azadlığa buraxılmasını alqışlayıb.

Qurumun saytında yerləşdirilən məlumata görə, M.Link Leyla Yunusun azadlığa buraxılmasını müsbət və çox humanist jest adlandırıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör isə öz “Twitter” səhifəsində Leyla Yunusun azadlığa buraxılmasını alqışlayıb.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.

Aktual.az

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR