Beynəlxalq Bankda yeni TƏYİNATLAR

Beynəlxalq Bankda yeni TƏYİNATLAR

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində kadr dəyişikliyi baş verib.

Bu barədə "Report”a Bankdan bildirilib.
Məlumata görə, Emil Əmirov ABB-də informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik E.Əmirov Bankda elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.
Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən E.Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, "MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, "AtaBank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə "Azərbaycan Beynəlxalq Bankı”nın törəmə müəssisəsi olan "Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib. Emil Əmirov "Azərbaycan Beynəlxalq Bankı”nın informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.
"Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. Fərid Quliyev son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.
ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR