Bazar günündən sonra quyruq "qopacaq" - Ərdoğan

Bazar günündən sonra quyruq

Sinan bəyin bizə qatılması hər hansı bir sövdələşmə ilə əlaqəli deyil. Hazırda az qala Cümhur İttifaqının bir işçisi kimi fəaliyyətə başlamış vəziyyətdədir. Sinan bəylə prinsipial mövzularda danışdıq. Türk dünyası və terrorla bağlı Sinan Oğanla həmfikirik.
Aktual.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Sinan Oğana heç bir vəd vermədiyini qeyd edib:
"Mən heç bir vəd verməmişəm. Məndə belə bir şey yoxdur. Bu, Kılıçdaroğlunun işidir. Bazar günündən sonra dəvənin quyruğu qopacaq. Ondan bunun hesabını soruşacaqlar. Tərəfdaşları daxilində də müəyyən istefalar olacaq.
Biz bu ölkəni bölməyəcəyik. Terrorla mübarizədə atdığımız addımları da paylaşır. Bundan başqa türk dünyasındakı əlaqələr. Qaçqınlara gəlincə, təbii ki, Suriyanın şimalında briket evləri ilə bağlı planımız var. Biz bunu QHT-lər vasitəsilə qururuq, Qətərin dəstəyi ilə 1 milyon qaçqını ora yerləşdirə biləcəyik. Mümkün deyil ki, bu layihəni görən kimsə getməsin".
Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR