Bankomatı soymaq istədilər, əliboş qayıtdılar

Bankomatı soymaq istədilər, əliboş qayıtdılar

Hadisə ötən gecə rayonun Lənkəran rayonunun Kərgəlan kəndində baş verib. 

Naməlum şəxs və ya şəxslər Lənkəran rayonun Kərgələn ərazi İcra Nümayəndəliyinin binasında quraşdırılmış bankomatı soymağa cəhd ediblər.

Aktual.az Region TV-yə istinadən xəbər verir ki, arxa qapıdan binaya daxil olan oğru qaynaq aparatı ilə bankomatın qapısını kəsməyə cəhd edib. Lakin üç yerdən bankomata xəsarət yetirsə də, istəyinə nail ola bilməyib. İşini başa çatdıra bilməyərək hadisə yerindən qaçıb. Şəhər İcra Nümayəndəliyinin işçiləri iş yerinə gələrkən qaynaq iyinin gəldiyini və bankomatın olduğu otağın qapısının sındırıldığını görərək polisə xəbər veriblər. 

Hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxs və ya şəxslərin aşkarlanması üçün araşdırmalara başlayıblar.

Qeyd edək ki, Lənkəran rayonunun Kərgəlan və ətraf kəndlərin, o cümlədən Lerik rayonunun yaxın yaşayış məntəqələrinin sakinləri pensiya və müavinətlərini sözügedən bankomat vasitəsilə alırlar.

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR