Banklar gücləndirilmiş iş rejiminə keçir

Banklar gücləndirilmiş iş rejiminə keçir

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə sabahdan başlayaraq yanvarın 3-nə qədər - bayram günləri ərzində Azərbaycandakı bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qarşıdakı günlərdə ölkədə səfərdə olan turistlərin, eləcə də vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 24 bankın 139 filial və şöbəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərində Palatanın yaratdığı nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt - (070) 922-29-99 vasitəsilə hər hansı sual və şikayətlə Palataya müraciət etmək mümkün olacaq. Koordinator Azər Quliyevdir. E-poçt: [email protected]
Valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı Palatanın rəsmi internet səhifəsində yerləşdirilib.
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR