Banklar birləşəsi olmadı

Banklar birləşəsi olmadı

"Günay Bank" "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ilə birləşməklə bağlı planlardan imtina edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu "Günay Bank"ın İdarə Heyətinin sədri Emin Ağayev deyib.

Daha əvvəl banklar arasında öz aktivlərinin birləşdirilməsi ilə əlaqədar niyyət protokolu imzalanıb.

Onun sözlərinə görə, bu, olduqca çətin və uzun prosesdir: "Bildiyiniz kimi Mərkəzi Bank "Atrabank" və "Qafqaz İnkişaf Bankı"ın lisenziyalarını geri çağırıb, bu da prosesi yubandırır". E.Ağayev qeyd edib ki, "Günay Bank" konsolidasiya üçün alternativ variantları hələ nəzərdən keçirmir: "Atrabank" və "Qafqaz İnkişaf Bankı"dan daha əvvəl digər banklarla birləşmə məsələsini müzakirə etmişik. Bəyan etmək istəyirəm ki, "Günay Bank" birmənalı olaraq Azərbaycanın bank bazarında qalacaq".

Xəbər 856 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR