Bağlanan "Texnikabank"dakı əmanətlər necə olacaq?

Bağlanan

Bu gün lisenziyası ləğv edilən "Texnikabank" ASC-nin sığorta olunan əmanətlərin həcmi ilkin məlumata görə, təqribən 70-80 milyon manat təşkil edir.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunuAzərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu hələ dəqiq məlumat deyil.

A.Cavadov qeyd edib ki, hazırda iki bank - "Bank of Azerbaijan" və "Gəncəbank" - müflis elan edilib: "Onların əmanətlərinin ümumi həcmi təqribən 26 milyon manat təşkil edir".

O əlavə edib: "Texnikabank" müflis elan edilsə, biz ümumilikdə 100 milyon manatdan bir qədər artıq kompensasiya ödəmələyik ("Bank of Azerbaijan" və "Gəncəbank" nəzərə alınmaqla). Bizim 132 milyon manatımız mövcuddur, buna görə də kompensasiyaların qaytarılması ilə bağlı problem olmayacaq. Həttə bütün kompensasiyanı ödəmək üçün vəsaitimiz çatmasa, bizim Mərkəzi Bankla razılaşmamız var ki, tənzimləyicinin özü çatışmayan vəsaiti qarşılayacaq".

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR