Bağlanan banklardan birinin fəaliyyəti bərpa edildi

Bağlanan banklardan birinin  fəaliyyəti bərpa edildi

Azərbaycan Mərkəzi Bankının 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı ("NBC Bank" ASC-nin lisenziyasının geri çağrılması) qüvvədən düşmüş hesab olunur və "NBC Bank" ASC-nin lisenziyası bərpa olunur.

03.02.2016-cı il tarixindən "NBC Bank" ASC bütün bank əməliyyatları üzrə xidmət göstərəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bankdan deyiblər.

Bankdan konsolidasiya məsələsini şərh edərkən qeyd ediblər ki, indiki mərhələdə "NBCBank" sərbəst fəaliyyət göstərmək istəyir. Bununla belə, bankdan belə imkanı istisna etməyiblər.

Qeyd edək ki, Mərkəzi Bank yanvarın 26-da "NBCBank"ın lisenziyasını geri çağırmışdı.

Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR