Bakıya eniş edən təyyarədə şübhəli əşya ilə bağlı məktubun olduğu təsdiqlənib

Bakıya eniş edən təyyarədə şübhəli əşya ilə bağlı məktubun olduğu təsdiqlənib

"Ural Hava Yolları” şirkəti Bəhreyndən Moskva istiqamətində uçan U6-1116 təyyarəsinin göyərtəsində şübhəli əşya aşkarlanması barədə məlumat daxil olduğu üçün Heydər Əliyev Beynəlxalq Hava limanına məcburi eniş etdiyini təsdiqləyib.

ONA-nın "znak.com”a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidməti açıqlama yayıb. Bildirilir ki, təyyarənin ekipaj üzvləri təhlükəsizliyin təmin olunması məqsədi ilə əlavə axtarış həyata keçirmək üçün ən yaxın hava limanında eniş etmək barədə müraciət edib.
Təyyarə Azərbaycanla sərhəddə qəza və ya göyərtədə digər fəlakətin olmasını bildirən 7700 həyəcan siqnalını ötürüb. Mənbənin verdiyi məlumata görə, təyyarənin göyərtəsində bomba olması barədə məktub aşkar edilib. Məktub barədə məlumat verən şəxs saxlanılıb, həmin şəxs dindirilir.
Təyyarədə 216 sərnişin (9 uşaq) və 9 heyət üzvü olub.
Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR