Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, qəsəbə sakini 1990-cı il təvəllüdlü Qarayev Anar İlqar oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Zərərçəkmişin yaxınlarının verdiyi məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində baş verib. Hadisədən xəbər tutan A.Qarayevin yaxınları təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə müraciət ediblər.
Əqli qüsurlu və epilepsiyadan əziyyət çəkən A.Qarayev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparır.
Xəbər 476 dəfə oxunub.