Bakının mərkəzindəki mağazalardan birində ölüm hadisəsi baş verib.
Aktual.az xəbər verir ki, dünən saat 10:50 radələrində Xaqani küçəsi 10 ünvanında yerləşən mağazada gözətçi işləyən 1965-ci il təvəllüdlü Əliyev Rövşən Şahverdi oğlunun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək, o, dünyasını dəyişib.
İlkin məlumata görə, 51 yaşlı R.Əliyev ürək çatışmazlığından vəfat edib. //Lent.az
Aktual.az Xəbər 573 dəfə oxunub.