Bakının Heydər Əliyev prospektinə kimlər köçürüləcək?

Bakının Heydər Əliyev prospektinə kimlər köçürüləcək?

"Bakı şəhərinin Heydər Əliyev prospektinə gəlir əldə etmək imkanına malik olan, səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlər də köçürüləcək".

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

"Heydər Əliyev prospektində yerləşən qurumları təmiz dövlət orqanı saymaq olmaz. Onların bir hissəsi səhmdar cəmiyyətdir. Düzdür, həmin müəssisələrin səhmləri dövlətə məxsusdur, lakin bu orqanlar gəlir əldə etmək imkanına malik səhmdar cəmiyyətlərdir və ya fondlardır. Onlar özlərinə, öz imiclərinə uyğun olaraq yeni yaraşıqlı bina tikə bilərlər ki, bu da həmin qurumun müəyyən bir potensialını göstərir. Bu, həm də dağınıq şəkildə olan müxtəlif xırda inzibati qurumlarının bir yerdə cəmləşdirməsinə imkan verir. Bütün bunlar iş nöqteyi-nəzərdən də məqsədəuyğundur", - deyə D. Dövlətxanov vurğulayıb.

Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR