Bakının bir hissəsinin qazı kəsiləcək

Bakının bir hissəsinin qazı kəsiləcək

Bu gün Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Aktual.az Apa-ya istinadən bildirir ki, SOCAR-dan verilən məlumata görə, martın 18-də saat 11:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "30-cu sahə" və "Qazanlar", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Balakən" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Balakən rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Sabunçu, Xətai və Nizami rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR