Bakının bir hissəsi niyə işıqsız qalıb?

Bakının bir hissəsi niyə işıqsız qalıb?

Bakının Xətai rayonunun bir hissəsində elektrik enerjisi təchizatında problem yaranıb.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, gecə saatlarında "Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq "Əhmədli” yarımstansiyasında baş vermiş qısaqapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb. 

"Nəticədə rayonun S.Mehmandarov küçəsi, Məhəmməd Hadi, Gəncə prospekti və digər yaşayış massivlərində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.

"Azərenerji” ASC və "Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq”, - deyə qurumdan qeyd edilib.

"Azərişıq” ASC yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.
 
 Aktual.az
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR