Bakıda özünü qız kimi təqdim edən oğlan bıçaqlandı

Bakıda özünü qız kimi təqdim edən oğlan bıçaqlandı

Bakıda özünü qız kimi təqdim edən 25 yaşlı oğlan bıçaqlanıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən binada qeydə alınıb.

Belə ki, 25 yaşlı R.G. özünü qız kimi təqdim edərək tanımadığı kişini evinə qonaq dəvət edib.

Məhz özünü qız kimi təqdim etməsi səbəbindən onunla qonaq arasında mübahisə düşüb. Nəticədə təxminən 30 yaşlarında olan kişi R.G.-nın boğazına və qol nahiyəsinə bıçaqla xəsarət yetirib. Bundan sonra o, mənzildən çıxaraq qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, G.R. bundan əvvəl də kişilərə intim münasibət təklif edərək onları evinə dəvət edirmiş. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır. Cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR