Bakıda uşağa 5 it hücum etdi

Bakıda uşağa 5 it hücum etdi

Xətai rayonunda, Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.

Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən, böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. 
Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı azyaşlı xəstəxanaya aparılıb.
4 saylı Uşaq Poliklinikasından bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə, çox qorxduğu üçün şok vəziyyətindədir. 
S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.
İt dişləyən S.Mirzəyeva 63 saylı orta məktəbin şagirdidir.
 
Aktual.az 
Xəbər 175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR