Bakıda zavodda faciəli hadisə baş verib.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində fəaliyyət göstərən "İnter Glass” ASC-ə məxsus şüşə zavodunda qeydə alınıb. Orada usta işləyən, 1959-cu il təvəllüdlü Vahid Zəkəriyyə oğlu Yarov krandan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 727 dəfə oxunub.