Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində öldürülən qadının şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün olmayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, iyunun 3-də 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin evində meyiti tapılan 30-35 yaşlı həmin qadının adının Arzu olduğu bildirilsə də, onun şəxsiyyətini tam müəyyənləşdirmək alınmayıb.
Bildirilir ki, S.Vorobyov həmin qadınla mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olublar. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. S.Vorabyov deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistandan doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib. Subay olan və tək yaşayan S.Vorabyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb.
Hadisənin necə baş verdiyinə gəlincə, tək və sərbəst həyat tərzi sürən Sergeylə bir aya yaxın eyni evdə yaşayan həmin qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. S.Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan yalan danışdığı üzə çıxıb.
Qeyd edək ki, yaxın qohumları və ailə üzvrləri tapılmadığından sevgilisi tərəfindən öldürülən qadın hələlik dəfn edilməyib.
*****
Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.
Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.
Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
*****
Bakıda qətl törədilib. Lent.az-ın əldə etdiyi məlumata görə, NZS qəsəbəsində Vorabey Sergey Nikolayeviçə məxsus evdən 30-35 yaşlı qadının meyiti tapılıb. Məlum olub ki, ev sahibi gecə şəhərin mərkəzində yerləşən barlardan birində həmin qadınla tanış olub və birgə yeyib-içiblər. Sonra onlar S.Vorabeyin evinə gəliblər. Burada qadınla ev sahibi arasında mübahisə yaranıb və o, qonağını itələyib. Yerə yıxılan gənc qadının boyunu sınıb və hadisə yerindəcə keçinib.
Hadisəni törətmiş şəxs ölən qadının adını dəqiq bilmədiyini deyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 833 dəfə oxunub.