Bakıda sevgililərə hökm oxundu - 9 il cəza

Bakıda sevgililərə hökm oxundu - 9 il cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən sevgililər - Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Aktual.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub. 

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manatlıq qızıl oğurlamaqda təqsirləndirilirlər.
 
Aktual.az
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR