Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 258,9 manat təşkil edib.
Bu barədə
Aktual.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, paytaxtda orta aylıq əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.
Xəbər 204 dəfə oxunub.