Bakıda neft hasilatı artıb, qaz hasilatı isə azalıb

Bakıda neft hasilatı artıb, qaz hasilatı isə azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Bakı şəhərində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,8 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% azalıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, yanvar-aprel aylarında sahənin əsas məhsulu olan xam neftin hasilatı 12 mln. 640,4 min ton, əmtəəlik təbii qazın hasilatı isə 5 mlrd. 582,4 mln. kubmetr təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 1,4% artıb, qaz hasilatı isə 10,9% azalıb.
 
Aktual.az 
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR