Bakıda metrokartların istifadəsi dayandırıldı

Bakıda metrokartların istifadəsi dayandırıldı

Bakıda metrokartların istifadəsi vaxtından əvvəl dayandırılıb.  

Aktual.az xəbər verir ki, metro sərnişinlərinin Report-a veridiyi məlumata görə, hazırda “28 May”, “Azadlıq” və “Cəfər Cabbarlı” stansiyalarının girişində sərnişin sıxlığı yaşanır, sərnişinlər kartlarının işləməməsindən şikayətlənir.  

Kartlarının vaxtından əvvəl blok olunduğunu deyən şikayətçilər, nə hesablarına gediş yükləyə bilirlər, nə metroya daxil ola bilirlər.  

Qeyd edək ki, bu gündən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılıb. Əvvəlcədən elan edilib ki, "Metrokart"ın istifadəsi sentyarın 30-dan etibarən dayandırılacaq. 

 
Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR