Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub

Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub

Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub.

"Report”un xəbərinə görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü S.Qarayev noyabrın 16-da evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək S.Qarayevin itkin düşdüyünü bildiriblər.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, S.Qarayev həmin gün Türkiyəyə gedib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 199 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR