Bakıda havanın temperaturu normadan 3-4 dərəcə aşağı olub

Bakıda havanın temperaturu normadan 3-4 dərəcə aşağı olub

Ötən gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən temperatur çoxillik iqlim normasından 3-4 dərəcə aşağı olub.

Aktual.az-ın məlumatına görə, bunu Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, bu gündən başlayaraq, ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir. Yaxın 2-3 gün ərzində havanın yağmursuz keçəcəyi və temperaturun yüksələcəyi proqnozlaşdırılır.
 
Aktual.az
Xəbər 192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR