Sabunçuda iki otaqlı evdə yanğın baş verib.
Aktual.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəbər 386 dəfə oxunub.