Bakıda əcnəbinin avtomobili qarət edilib

Bakıda əcnəbinin avtomobili qarət edilib

Paytaxtın Nəsimi rayonunda xarici vətəndaşın maşınından pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da əcnəbi vətəndaşın "Mitsubishi” markalı avtomobilindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş M.Şabanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR