Bakıda dəhşət: 9 yaşlı qız yelləncəkdə öldü

Bakıda dəhşət:   9 yaşlı qız yelləncəkdə öldü

İyunun 26-da Bakıda azyaşlı qızın yelləncəkdə ipin boğazına dolaşması nəticəsində boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Aktual.az  lent.az-a istinadən bildirir ki, Qaraçuxur qəsəbəsindəki fərdi yaşayış evinin bağçasında 9 yaşlı Arzu Hacıyeva bədbəxt hadisə ilə üzləşərkən onun valideynləri evdə olmayıblar. Həmin vaxt onun nənəsi və babası evdə imişlər. Bağçada oynayan A.Hacıyevanın gəlmədiyini görən nənəsi həyətə düşərək onu axtarmağa başlayıb. Qadın evin qarşısında qızı tapmadıqdan sonra arxa bağçaya keçib və burada dəhşətli mənzərə ilə üzləşib. Nənə-babası 9 yaşlı Arzuya kömək etmək istəsələr də artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR