Bakıda binanın lifti qırıldı: xəsarət alanlar var

Bakıda binanın lifti qırıldı: xəsarət alanlar var

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 4 qadın ağır xəsarət alıb.
Aktual.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus "Uğur-2” yaşayış kompleksində baş verib.
Belə ki, kompleksdəki üçüncü binanın lifti qırılıb.
TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib:
"Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.
Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR