Bakıda 5 gün əvvəl intihar edən qadının meyidi tapılıb

Bakıda 5 gün əvvəl intihar edən qadının meyidi tapılıb

Bakıda dənizdə 5 gün əvvəl intihar edən qadının meyidi tapılıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, dənizdən təxminən 40 yaşında olan qadının meyidi aşkarlanıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı rayon şöbəsinə təhvil verilib. Dənizdə meyidi tapılan qadının Hövsan qəsəbəsi, Əhlimanov küçəsi ev 10 B mənzil 37 ünvanında yaşayan Leyla İsmayılova olduğu məlum olub.
L.İsmayılova intihar etmək məqsədilə dekabrın 30-da özünü dənizə atıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
Aktual.az
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR