Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində avtomagistralda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Aktual.az salamnews-a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Vahidov Kənan Xoşbəxt oğlu anası ilə məktəbə gedən zaman yolu keçmək istəyərkən "Mercedes"
markalı 99 GU 876 dövlət nömrə nişanlı avtomaşın onu vurub. 2-ci sinif şagirdi elə hadisə yerində dünyasını dəyişib.
Məktəblinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ Rayon Şöbəsinə aparılıb.
Baş vermiş yol qəzasını araşdıran Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşad Əmirov salamnews-a faktı təsdiqləyərək bildirib ki,
hadisəni törədən sürücü Allahverdiyev Famil Murad oğlunun izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Xəbər 528 dəfə oxunub.